Neftçala Rayon İcra Hakimiyyətinin və “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda Energetika Günü qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin Mərkəzində ucaldılan abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər və xatirəsinə ehtiramlarını bildiriblər.






