Yaponiyanın Fukusimo prefekturasında baş verən partlayış zamanı 1 nəfər ölüb.
BAKU.NEWS xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı xəsarət alanların sayı 17 nəfərə çatıb. Partlayış nəticəsində Koriyama şəhərində kiçik bina dağılıb, habelə qonşu binalara da zərər dəyib. Xüsusən yaxınlıqdakı bank ziyan çəkib, onun əməkdaşları, müştəriləri xəsarət alıb.
Partlayışın yaxınlıqdakı restoranda qaz sızmasından baş verdiyi ehtimal olunur.
Hadisənin səbəbləri araşdırılır.


