Eekord nəticələr premiumlaşma strategiyasında yeni səhifə açır
“İnsan × Avtomobil × Ev” smart ekosistemi inkişafı stimullaşdırır
Əşyaların İnterneti (“IoT”) platformasına qoşulmuş məişət elektronikası, həmçinin əsasını smartfonların və “ağıllı” avadanlığın təşkil etdiyi “ağıllı” cihazların aparıcı istehsalçısı olan “Xiaomi” Korporasiyası (“Xiaomi” və ya “Qrup”, səhm kodu: 1810) 30 sentyabr 2024-cü il tarixində başa çatan 3 aylıq dövr üçün (“Dövr” və ya “2024-cü ilin 3-cü rübü”) yoxlanılmamış, konsolidə edilmiş nəticələrini açıqlayıb. Bu dövr ərzində gəlir yeni rekord müəyyənləşdirib və ardıcıl üçüncü rüb inamlı artım nümayiş etdirib. 2024-cü ilin 3-cü rübündə gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 30,5 % artaraq 92,5 milyard yuana çatıb. Düzəliş edilmiş xalis mənfəət 6,3 milyard yuan təşkil etməklə tarixi yüksək səviyyəni saxlayıb. Premiumlaşma strategiyası ciddi nailiyyətlər əldə edib, ümumi mənfəət marjası isə yüksək səviyyədə qalıb və 20,4 % təşkil edib.
Smartfonlar, IoT və həyat tərzi məhsulları kimi “Xiaomi”nin 3 əsas biznes istiqaməti, həmçinin internet xidmətləri müvafiq olaraq 47,5 milyard yuan, 26,1 milyard yuan və 8,5 milyard yuan məbləğində gəlir əldə edib. “Ağıllı” elektrik mühərrikli avtomobillər (EV) biznesindən və digər yeni təşəbbüslərdən əldə olunmuş gəlir 10 milyard yuana yaxınlaşaraq, 9,7 milyard yuan təşkil edib, digər göstəricilər isə gözləntiləri üstələyib. Bu artım, “Xiaomi”nin “İnsan x Avtomobil x Ev” smart ekosisteminin artımın yeni mühərriyinə çevrildiyini göstərir ki, bu da Qrupun rekord nəticələr əldə etməsinə imkan verib.
“Xiaomi”nin pul vəsaitləri 3-cü rübdə də artım tendensiyasını davam etdirib. Qrupun 30 sentyabr 2024-cü il tarixinə olan pul vəsaitləri yeni rekord həddə – 151,6 milyard yuana çatıb. Bu il “Double 11” ticarət festivalı zamanı “Xiaomi”nin ümumi əmtəə dəyəri (“GMV”) 31,9 milyard yuanı keçərək rekord səviyyəyə çatıb. Biznes seqmentləri inkişaf etdikcə, “Xiaomi” yeni inkişaf mərhələsinə qədəm qoyaraq rəqabət üstünlüklərini möhkəmləndirir.
“Xiaomi”nin Çinin materik hissəsinin smartfon bazarındakı payı ardıcıl üçüncü rüb artım nümayiş etdirir, “Xiaomi 15 Series”in satışları isə 1 milyon ədədi keçib.
“Xiaomi”nin qlobal smartfon tədarükü 2024-cü ilin üçüncü rübü ərzində illik müqayisədə 3,1 % artaraq 43,1 milyon ədədə çatıb. “Canalys” analitika şirkətinin məlumatına görə, bazarda 13,8 % paya sahib olan “Xiaomi” dünyanın smartfon brendləri arasında ilk 3-lükdə yer alıb. Xüsusilə də, Çinin materik hissəsində “Xiaomi” 4-cü yeri tutub, onun bazardakı payı isə ötən illə müqayisədə 1,2 faiz bəndi artaraq 14,7 %-ə çatıb ki, bu da bazar payında ardıcıl 3-cü rüb artım deməkdir.
Üçüncü rübdə “Xiaomi”nin smartfon satışından mədaxili ötən ilin analoji dövrü ilə müqayisədə 13,9 % artaraq 47,5 milyard yuan təşkil edib. Şirkət premium smartfonların satışı strategiyasının həyata keçirilməsində əhəmiyyətli irəliləyiş nümayiş etdirməyə davam edir.
Müstəqil tədqiqatçıların hesablamalarına görə, 2024-cü ilin üçüncü rübündə qiyməti 3000 yuan və ya daha yüksək olan premium “Xiaomi” smartfonları Çinin materik hissəsində ümumi smartfon tədarükünün 20,1 %-ni təşkil edib ki, bu da illik müqayisədə 7,9 faiz bəndi çoxdur. Qiymət seqmentləri üzrə “Xiaomi” 2024-cü ilin üçüncü rübündə Çinin materik hissəsində üç qiymət seqmentində bazar payını artırmağa nail olub. 3000-4000 yuan qiymət seqmentində “Xiaomi”nin bazar payı ötən illə müqayisədə 9,3 faiz bəndi artaraq 18,1 %-ə çatıb. 4000-5000 yuan qiymət seqmentində “Xiaomi”nin bazar payı ötən illə müqayisədə 9,7 faiz bəndi artaraq 22,6 %-ə çatıb. 5000-6000 yuan qiymət seqmentində “Xiaomi”nin bazar payı ötən illə müqayisədə 2,4 faiz bəndi artaraq 6,9 %-ə çatıb.
“Xiaomi”nin premium smartfon seriyası inamlı artımı davam etdirir: “Xiaomi 15” seriyası 1 milyon ədəd satış həcminə əvvəlki nəsil ilə müqayisədə daha sürətli çatıb. Bazara çıxmasından etibarən bu seriya davamlı olaraq ən çox satılan məhsul olaraq qalır və flaqman smartfonların ilkin satış rekordlarını yeniləyir. 2024-cü ilin 11.11 alış-veriş festivalı zamanı seriya, 4000-5999 yuan qiymət seqmentində əsas e-ticarət platformalarında satış həcmi və gəlir baxımından liderlik edib.
IoT biznesinin ümumi mənfəəti yeni maksimuma çatıb, kondisioner və paltaryuyan maşınların tədarükü isə 50%-dən çox artıb.
Üçüncü rübdə “Xiaomi”nin IoT və həyat həyat tərzi məhsulları biznesi yüksək artım tempini qoruyub saxlayıb: mədaxil illik müqayisədə 26,3 % artaraq 26,1 milyard yuana çatıb, ümumi mənfəət marjası isə əvvəlki illə müqayisədə 2,9 faiz bəndi artaraq rekord həddə – 20,8 %-ə çatıb.
Öz texnologiyalarından istifadə edərək innovativ məhsullar hazırlaması sayəsində “Xiaomi” şirkətinin IoT ekosistemi həm kəmiyyət, həm də maliyyə baxımından artım əldə edib. Soyuducu və paltaryuyan maşınların tədarükü rekord göstəricilərə çatıb: kondisioner tədarükü 1,7 milyon ədədi keçib ki, bu da ötən illə müqayisədə 55%-dən çox artım deməkdir; soyuducu tədarükü isə 810000 ədədi keçib ki, bu da ötənilki göstərici ilə müqayisədə 20%-dən çox artım deməkdir, paltaryuyan maşınların tədarükü isə 480000 ədədi keçib ki, bu da ötən illə müqayisədə 50%-dən çox artım deməkdir.
“Canalys” şirkətinin məlumatına görə, “Xiaomi”nin planşet tədarükü sürətlə artmaqda davam edir. Bu göstəricidə şirkət Çinin materik hissəsində 3-cü, dünyada isə 5-ci yeri qoruyub saxlayır. Tədarüklər ötən illə müqayisədə 50%-dən çox artıb, smart saatların və simsiz qulaqlıqların tədarükü isə rekord göstəricilərə çatıb.
İnternet xidmətlərindən mədaxil yeni maksimum səviyyəyə çatıb, ümumi marja isə yüksək səviyyədə qalmaqda davam edir
Hesabat dövrü ərzində internet xidmətləri biznesi sürətlə inkişaf etməyə davam edib. Belə ki, bu baxımdan mədaxil illik müqayisədə 9,1 % artaraq rekord səviyyəyə – 8,5 milyard yuana çatıb. İnternet xidmətlərinin ümumi rentabelliyi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz bəndi artaraq 77,5 %-ə çatıb.
“Xiaomi”nin internet istifadəçiləri bazası genişlənməyə davam edir. Qrupun qlobal aylıq aktiv auditoriyası (MAU) həm dünyada, həm də Çinin materik hissəsində rekord səviyyəyə çatıb. 2024-cü ilin sentyabr ayında qlobal MAU göstəricisi illik müqayisədə 10,1 % artaraq 685,8 milyon nəfərə, Çinin materik hissəsi üzrə MAU isə ötən ilin analoji dövrü ilə müqayisədə 10,6 % artaraq 167,9 milyon nəfərə çatıb.
“Xiaomi SU7” 100000 avtomobil hədəfinə çatıb, “ağıllı” elektrik mühərrikli avtomobillərin satışından əldə edilən gəlir 10 milyard yuana yaxınlaşıb
“Xiaomi EV” şirkəti növbəti dəfə gözləntiləri üstələyən artıma nail olub. 2024-cü ilin üçüncü rübündə “ağıllı” elektrik mühərrikli avtomobillər (EV) biznesindən və digər yeni təşəbbüslərdən əldə olunmuş gəlir 10 milyard yuana yaxınlaşaraq, 9,7 milyard yuan təşkil edib, ümumi mənfəət marjası isə 17,1 %-dək yüksəlib. “Xiaomi” istehsalı artırmağa davam edib və bu rübdə “Xiaomi SU7” seriyasından olan avtomobillərin tədarük həcmi 39790 ədədə çatıb. Ümumilikdə isə 2024-cü il sentyabrın 30-dək “Xiaomi SU7” seriyasından 67157 ədəd avtomobil tədarük edilib.
2024-cü ilin oktyabr ayında “Xiaomi SU7 Series”in aylıq tədarük həcmi 20000 avtomobili keçib. Bundan əlavə, 2024-cü il noyabrın 13-də “Xiaomi” 100000 ədəd ümumi avtomobil istehsalı həcminə, 2024-cü il noyabrın 18-də isə 100000 ədəd avtomobil tədarükü hədəfinə çatıb. Şirkət 2024-cü il üçün 130000 ədəd avtomobil hədəfinə çatmağa çalışacaq. “Xiaomi”nin satış və xidmət şəbəkəsi də sürətlə genişlənməkdədir: 30 sentyabr 2024-cü il tarixinə Çinin materik hissəsindəki 38 şəhərində 127 “ağıllı” elektrik mühərrikli avtomobil satışı mərkəzi fəaliyyət göstərir ki, bu da Qrupun tədarük sürətini artırmağa imkan verəcək.
cü ilin oktyabr ayında “Xiaomi SU7 Ultra” avtomobilinin prototipi Nürburqrinq-Nordşlayfe trasında dövrəni 6′ 46’874 dəqiqəyə tamamlayaraq “Nürburqrinq-Nordşlayfe trasında dünyanın ən sürətli dördqapılı avtomobili” rekordunu qırıb. İki ədəd “Xiaomi HyperEngine V8” və “Xiaomi HyperEngine V6” mühərriklərindən ibarət üç mühərrikli sistemlə təchiz edilmiş “Xiaomi SU7 Ultra” seriyalı avtomobillər üçün erkən sifariş qəbulu açıq elan edilib. “Xiaomi SU7 Ultra”nın maksimum hesablanmış sürəti 350 km/saatdır. Qiyməti 814900 yuan olan “Xiaomi SU7 Ultra” avtomobili üçün ilk 10 dəqiqə ərzində sifariş sayı 3680 ədədə çatıb. “Xiaomi SU7 Ultra”nın rəsmi buraxılışı 2025-ci ilin mart ayına planlaşdırılıb.
İnkişaf edən qabaqcıl texnologiyalar sahəsində elmi tədqiqat və təcrübə-konstruktor işlərinə investisiyaların artırılması hesabına dünya lideri olmaq əzmi
“Xiaomi” inkişaf etməkdə olan qabaqcıl texnologiyalar sahəsində dünya lideri olmağa və baza texnologiyalarına davamlı sərmayə qoymağa çalışır. 2024-cü ilin üçüncü rübündə “Xiaomi”nin tədqiqat və inkişaf (R&D) xərcləri 6,0 milyard yuan təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 % artım deməkdir. 30 sentyabr 2024-cü il tarixinə olan məlumata görə, “Xiaomi” şirkətinin tədqiqat və inkişaf sahəsində çalışan əməkdaşlarının sayı 20436 nəfər təşkil edir. “Xiaomi” dünya üzrə 41000-dən çox patent əldə edib. 2024-cü ildə Qrup 5G standartının əsas patentləri (“SEPs”) kimi elan edilmiş aktiv patent ailələrinin sayına görə dünyada 8-ci yeri tutub.
cü ildə noyabrın 14-də “Xiaomi EV” intellektual şassi tədqiqat texnologiyasını təqdim edib və dörd əsas texnologiyanı nümayiş etdirib: “Xiaomi Full Active Suspension”, “Xiaomi Quad-HyperEngine”, “Xiaomi 48V Electric Mechanical Brake” və “Xiaomi 48V SbW System”. Bundan əlavə, “Xiaomi”nin intellektual idarəetmə sistemi tam olaraq böyük kompleks modelə keçəcək və redbrendinq edilərək HAD adlandırılacaq, məhsulun pilot versiyası isə 2024-cü ilin dekabr ayının sonuna qədər bazara çıxarılacaq. İndiyədək “Xiaomi”nin intellektual idarəetmə sistemi 75 milyon kilometrdən çox məsafə qət edib ki, bunun 81 %-i ölkə üzrə “Xiaomi SU7” avtomobillərinin olduğu 333 şəhəri əhatə edən NOA sisteminə aiddir. Bu, “Xiaomi”nin intellektual idarəetmə sahəsində əhəmiyyətli nailiyyətlərini göstərir. 2024-cü il oktyabrın 30-dan etibarən “Xiaomi SU7 Pro” və “Xiaomi SU7 Max” elektrik mühərrikli avtomobilləri şəhərdə naviqasiya dəstəyi (şəhər NOA funksiyası) funksiyasının mərhələli tətbiqinə başlayıb ki, bu da “Xiaomi”nin “ağıllı” idarəetməsinin inkişafında yeni səhifə açıb.
2024-cü ilin oktyabrında “Xiaomi” rəsmi olaraq “Xiaomi HyperOS 2” əməliyyat sistemini təqdim etdi və bununla da, mükəmməl süni intellekt ekosisteminin yaradılması istiqamətində əhəmiyyətli addım atmış oldu. Bu sistem üç əsas texnoloji yeniliyi – “HyperCore”, “HyperConnect” və “HyperAI”ni özündə birləşdirir və qlobal istifadəçilərə əsas funksiyalara, müxtəlif cihazların intellektual bağlantısına və süni intellektlə qarşılıqlı əlaqəyə yeni və mütərəqqi yanaşma təklif edir.


