Milli gəmiçilik tariximizdə ilk dəfə müstəqil Azərbaycan bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub. Bu tarixi səfəri “Aframax” tipli “Xankəndi” tankeri həyata keçirib.
Oktyabrın 19-da Bruneyin Seria limanından yola çıxan gəmi 18 günlük fasiləsiz səfərdən sonra Avstraliyanın Gilonq limanına yan alıb. Burada yük təhlükəsiz şəkildə tankerdən boşaldılıb.
Dəniz təhlükəsizliyi və ekoloji nəzarət baxımından ciddi prosedurların tətbiq olunduğu Avstraliya limanında “Xankəndi” bütün tələblərə cavab verib. Belə ki, limanda olduğu müddətdə tanker yerli ekoloji nəzarətdən və ABS təsnifat cəmiyyətinin illik müayinəsindən uğurla keçib. Eyni zamanda, burada gəmidə heyət dəyişikliyi aparılıb, yanacaq təchizatı həyata keçirilib, təhlükəsizlik, radio və GMDSS sistemlərinə illik texniki xidmət göstərilib.
Gəmi 2024-cü ildə ASCO və SOCAR-ın paritet əsaslarla yaratdığı “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınıb və elə həmin ilin avqustunda Türkiyənin Aliağa limanında üçrəngli bayrağımızın qaldırılması ilə istismara qəbul edilib.
Tankerin dedveyti 115 521 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, maksimal sürəti isə 16 düyündür.
TREND
- “Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib
- AQTA yanında İctimai Şuranın üzvü: Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir
- Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi?
- Havanın temperaturu 5-10 dərəcə enəcək – Xəbardarlıq
- DOST əməkdaşı işdən çıxarılma məsələsi ilə bağlı nazirə müraciət etdi
- “Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub
- “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir
- Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir – FOTOLAR


