Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib.
Tamaşaçıların alqış sədaları altında səhnəyə dəvət olunan Xalq artisti həyatı və səhnə fəaliyyəti haqqında danışıb.
Daha sonra Nazpəri Dostəliyeva “Nə olar, Allahım, ayırma bizi” , “Dilbərim”, “Bağışla ana”, “Yar qadanı alımmı”, “Gülüm”, “Azərbaycan” kimi sevilən mahnılarını səsləndirib.
Sonda tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb və xatirə şəkilləri çəkdirilib.


