Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti, estrada, muğam və opera müğənisi, aktrisa Flora Kərimova ilə görüş keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır.
Həmçinin, dəyərli sənətkarın həyat və fəaliyyəti haqqında məlumat verilib, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən ,sənət yolundan bəhs edilib.
Xalq artisti çıxışında Azərbaycan bəstəkarlarının bir-birindən gözəl əsərlərini səsləndirib.
Görüşün sonunda Flora Kərimova qonaqların suallarını cavablandırıb və xatirə şəkilləri çəkilib.
















