Zukerberq Votsapda xüsusi süni intellekt köməkçisi yaratmağı planlaşdırır
BAKU.NEWS xəbər verir ki, Metanın yaradıcısı Mark Zukerberq Votsap messencerində biznes hesablarının idarə edilməsi və müştərilərlə işləmək üçün süni intellektə (AI) malik köməkçini işə salmağı planlaşdırdığını bildirib.
Məlumatına görə, biznes akkauntlarının istifadəçiləri Facebook və Instagramda reklam yaratmaq üçün süni intellektə malik sistemlərdən istifadə edərək müştəriləri Vatsap çatına yönləndirə biləcəklər.


