“Veysəloğlu Əmlak” MMC-nin 143 251 manat vergi borcu yaranıb.
Plat.az bu barədə kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən xəbər verir.
Qeyd edək ki, “Veysəloğlu Əmlak” MMC 2025-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 100 manat, direktoru isə İsa Alıyevdir. Şirkət “Veysəloğlu Şirkətlər Qrupu”na daxildir.
Xatırladaq ki, “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçi və baş icraçı direktoru Aydın Talıbovdur.




