Bu gün uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat etmiş meyxanaçı Vüqar Biləcərinin yaşadığı ərazi dezinfeksiya edilib.
Bakı şəhər İcra Hakimiyyətindən BAKU.NEWS-a verilən məlumata görə, bu gün Bakı şəhərində keçirilən genişmiqyaslı dezinfeksiya işləri çərçivəsində meyxanaçının yaşadığı Biləcəri qəsəbəsi Vidadi küçəsi və ətraf küçələr kommunal xidmətlərin xüsusi texnikası və işçiləri tərəfindən dezinfeksiya edilib.





