Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq şöbə rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədov Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətil bütün media nümayəndələrini təbrik edib.
Təbrikdə deyilir:
“Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu “Əkinçi” qəzetinin nəşrindən 151 il ötür. Bu əlamətdar və tarixi gündə bütün media cameəsini, xüsusilə də daim haqqın, ədalətin və cəmiyyətin güzgüsü olan jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün mənim üçün də xüsusi və şəxsi baxımdan dəyərlidir. Çünki son 20 ilə yaxın bir dövrdəki peşə fəaliyyətim Azərbaycan mətbuatı ilə birgə addımlamış, ictimaiyyətə xidmətin mühüm bir qolunu təşkil etmişdir. Bu illər ərzində sözün və informasiyanın əvəzsiz gücünü daha dərindən anladım, jurnalistlərin cəmiyyət üçün necə vacib və məsuliyyətli bir missiyanı üzərlərinə götürdüklərinin canlı şahidi oldum.
Bu səviyyəyə gəlmək, mətbuatla münasibətlərdə daim peşəkarlığı qoruyub saxlamaq və ölkəmizə ləyaqətlə xidmət etmək yolunda mənə hər zaman dəstək olan ali rəhbərliyə, rəhbərlik etdiyim qurumlara və dəyərli əməkdaşlarıma dərin təşəkkürümü bildirirəm.
Azərbaycan jurnalistləri hər zaman sözün, vicdanın və vətənpərvərliyin bayraqdarı olmuşlar. Onların fədakar fəaliyyəti nəticəsində cəmiyyət məlumatlanır, həqiqətlər üzə çıxır, şəffaflıq və ictimai nəzarət təmin olunur. Mətbuat cəmiyyətin aynasıdır və bu aynanın daim parlaq qalması üçün çalışan hər bir media nümayəndəsinin əməyini yüksək dəyərləndirirəm.
Əminliklə qeyd edirəm ki, bu günə qədər əldə etdiyim bütün uğurlar xidmət etdiyim idarə və nazirliklərin rəhbərliyinin diqqəti, tələbkarlığı və qayğısı, eyni zamanda, əlində qələm tutaraq vicdanla fəaliyyət göstərən jurnalistlərin obyektiv və peşəkar yanaşması sayəsində mümkün olmuşdur. Buna görə hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm.
Bir daha bu əlamətdar gün münasibətilə bütün media nümayəndələrinə möhkəm cansağlığı, yaradıcılıq uğurları, peşə fəaliyyətlərində yeni nailiyyətlər və daim doğru, obyektiv və məsuliyyətli sözün keşiyində dayanmağı arzulayıram. Qələminiz iti, uğurlarınız bol olsun!
Bayramınız mübarək olsun!
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


