Dünyada COVID-19 infeksiyasına yoluxmaların sayı artmaqdadır. Bu, diaqnostik imkanların genişlənməsi və effektivliyinin daha yüksək səviyyədə olması ilə əlaqədardır.
BAKU.NEWS-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı rəhbərinin köməkçisi Ranyeri Querra deyib.
Onun sözlərinə görə, yoluxan xəstələrin 1/3-i koronavirusu simptomsuz keçirir.
“Koronavirusun ağır formaları olan xəstələrə gəldikdə, onların xəstəliklərinin gedişi diqqətlə izlənilməlidir”, – deyə Querra bildirib.
Onun sözlərinə görə, həkimlər və tibb işçiləri artıq koronavirus təhdidi ilə mübarizə aparmaq üçün kifayət qədər biliyə yiyələniblər. Bu səbəbdən ikinci dalğa birincisi qədər ölümcül olmayacaq.


