“Unibank” ASC ötən il 150-dən çox işçisini ixtisar edib.
Bu barədə Pbankdakı mənbədən bildirilib.
Belə ki, 2024-cü ilin sonunda bankda 2 175 nəfər çalışdığı halda, 2025-ci ilin mart ayının sonunda bu rəqəm 2 116 nəfər, iyunun sonunda 2 050 nəfər, ilin sonunda isə 2 024 nəfər olub.
Beləliklə, Unibank ötən il ərzində işçilərinin sayını 151 nəfər və ya təxminən 6,9% azaldıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən fəaliyyət göstərən “Promtexbank”ın birləşdirilməsi nəticəsində yaradılıb. Bankın nizamnamə kapitalı 149,386 milyon manat təşkil edir. Səhmlərinin 94,08%-i Müşahidə Şurasının sədri Eldar Qəribova, qalan 5,92%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. (Plat.az)
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


