“Son 1 il ərzində, bugünədək toplam 57 hotel ulduz təsnifatı üçün müraciət edib”.
BAKU.NEWS xəbər verir ki, bu barədə Azərbaycan Hotel Assosiasiyasından xəbər verilib. Bildirilib ki, onlardan 21-i təsnifatdan müvəffəqiyyətlə keçib və sertifikatlarını əldə edib.
“Digər hotellərin bir qisminə təkrar audit üçün müəyyən zaman verilib, digər qismi isə təsnifatdan keçmək üçün lazım olan sənədləri toplamaq mərhələsindədir” – deyə qeyd olunub.


