27 sentyabr tarixində saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
A.Hacızadə bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.
“Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin”, – deyə mətbuat katibi əlavə edib.
TREND
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir
- Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı


