Ukraynadakı vəziyyət nəticəsində ərzaq, gübrə və enerji qiymətlərinin artması qlobal ərzaq böhranı təhlükəsi yaradır.
BAKU.NEWS xəbər verir ki, bunu jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, ərzaq, enerji və gübrə qiymətlərinin artmasının təsirləri artıq bütün dünyada hiss olunur: “Bu, qlobal qıtlığa çevrilmək təhlükəsi yaradır”.
A.Quterreş əlavə edib ki, döyüşləri dayandırmaq və sülhə şans vermək lazımdır.


