Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.
BAKU.NEWS Ukrayna KİV-nə istinadən xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.
Qəza zamanı 22 nəfərin öldüyü, 2 nəfərin yaralandığı, 4 nəfərin isə taleyinin naməlum olduğunu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb.
İnsidentin səbəbi aydınlaşdırılır.



