Üçtərəfli Əlaqə Qrupunda Ukrayna nümayəndə heyətinin nümayəndəsi Aleksey Arestoviç deyib ki, Kiyev şəhərində tikintisi davam edən Ukrayna-Türkiyə zavodunda yeni nəsil reaktiv pilotsuz uçuş aparatları istehsal ediləcək.
BAKU.NEWS xəbər verir ki, A.Arestoviç zavodda həm Ukrayna, həm də Türkiyə PUA-ları, o cümlədən “Anka” pilotsuz uçuş aparatlarının istehsal ediləcəyini bildirib.
A.Arestoviç qeyd edib ki, plana əsasən zavod ilk məhsullarını gələn ilin sonunda buraxacaq.


