Türkiyənin Diyarbəkir vilayətinin Licə şəhərində “İldırım-3” əməliyyatı çərçivəsində 3 terrorçu zərərsizləşdirilib.
BAKU.NEWS “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, əməliyyat Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilir.
“Türkiyə Jandarm Qüvvələri Licə ərazisində üç terrorçunu neytrallaşdırıb”, – məlumatda deyilir.
Qeyd edilir ki, hazırda regionda əməliyyat davam etməkdədir.


