Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 174 nəfər ölüb.
BAKU.NEWS-un xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 168 348 nəfər koronavirus testindən keçib, 6876 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 132 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə 70 nəfər artaraq 4711 olub.


