Türkiyədə ölümlə nəticələnən qəza baş verib.
Məlumata görə, Türkiyənin Malatya vilayətində iki yük qatarı toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Qatarda olan şəxslərdən biri itkin düşüb. Onun ölməsi və ya sağ qalması barədə məlumat yoxdur.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Qəzanın səbəbi barədə məlumat verilmir. (Milli.az)


