Türkiyədə son sutka ərzində koronavirusdan 55 nəfər dünyasını dəyişib, 1 511 nəfər isə virusa yoluxub.
BAKU.NEWS xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 8 553-ə, yoluxanların sayı isə 327 557-yə yüksəlib.
Son 24 saat ərzində 1 229 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 287 599-a çatıb.


