Türkiyədə, Ərzurum vilayətinin Xorasan rayonunda ildırım vurması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.
BAKU.NEWS-un xəbərinə görə, Xorasanın Kadıcelal yaşayış məntəqəsində dağlıq ərazidə gəzən iki qardaşı ildırım vurub. Xəstəxanaya aparılan yaralı qardaşlardan birini xilas etmək mümkün olmayıb.
Xorasanın Çamlıkale yaşayış məntəqəsində isə açıq havada olan 3 nəfəri ildırım vuraraq yaralayıb.


