Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə kömək məqsədilə Bakıda başlayan yardım kampaniyası davam edir.
BAKU.NEWS xəbər verir ki, yardımlar Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında toplanılır.
Qısa müddət keçməsinə baxmayaraq, insanlar çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərər çəkən insanlara lazım olan vasitələr – yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək, çadır, generator və sair ehtiyac malları gətirməyə, pul şəklində ianələr verməyə davam edirlər.













