Türkiyə parlamenti sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından olan deputat Cəlal Adan icra edəcək.
Baku.News xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin istefa vermiş sədri Binəli Yıldırım fevralın 19-da səlahiyyətlərini C.Adana təhvil verib.
Bununla bağlı keçirilən tədbirdə B.Yıldırım deyib ki, məclisə yeni sədr seçiləndək C.Adan sədr səlahiyyətlərini yerinə yetirəcək. Fevralın 24-də isə Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçiləcək.
Qeyd edək ki, C.Adan 1951-ci ildə Türkiyənin Ağrı əyalətində anadan olub.
Xəbər verdiyimiz kimi fevralın 18-də İstanbul Böyük Bələdiyyəsi sədrliyinə namizəd olduğu üçün Binəli Yıldırım tutduğu vəzifədən istefa verib.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


