Sentyabrın 28-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Turizmdə sahibkarlıq fəaliyyətinin əsasları və turizm işinin təşkili” mövzusunda təlim təşkil olunacaq.
Təlimdə Bakı KOBİM-in eksperti Əziz Şiriyev aşağıdakı mövzulardan danışacaq:
– Turizmdə sahibkarlıq fəaliyyəti və turizmin istiqamətləri;
– Müştəri-turist xidmətləri;
– Bələdçi və tur rəhbərin fərqi;
– Korporativ və fərdi satış;
– Satış növləri, brendləşmə və marketinq;
– Məhsul və onun təqdimatı;
– Müştəri etirazları və həlli.
Saat 12:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən KOB subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Təlim ödənişsizdir.


