Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.
İclasda ATAA-nın İdarə Heyəti üzvlərinə ötən ilin 4-cü rübündə Assosiasiyanın həyata keçirdiyi işlər, dövlət qurumları və təşkilatlarla aparılan görüşlər, üzvlər tərəfindən qaldırılan bir sıra problemli məsələlər haqqında məlumatla bölüşdük.
Görüşdə Azərbaycan Hava Yollar və Qatar Airways şirkəti ilə əməkdaşlıq əlaqələrinin inkişafı, üzv şirkətlərlə hava yolları arasında kommissiya haqlarının formalaşdırılması, bazarda sağlam rəqabətin yaradılması və üzv şirkətlərinin maraqlarını qorunması, qeyri-peşəkar turizm fəaliyyəti göstərən şəxslərə qarşı tədbirlərin gücləndirilməsi, eləcə də bir sıra ölkələrə vətəndaşların səfəri üçün viza rejiminin sadələşdirlməsi, turoperatorlar tərəfindən üzv şirkətlərə fəaliyyətlərinin dayanıqlı inkişafı üçün dəstək göstərilməsi məsələləri ətrafına müzakirələr aparıldı.
Həmçinin bu il Azərbaycanda baş tutacaq beynəlxalq səviyyəli COP29 tədbiri çərçivəsində turizm sənayesinin hazırlığı, bu tədbirin ölkə turizmi və şirkətlər üçün əhəmiyyəti haqqında fikir mübadiləsi apardıq.
Toplantının sonunda Assosiasiyaya ünvanlanan yeni üzvlük müraciətlərinə baxıldı. İdarə Heyəti tərəfindən aparılan müzakirələrin nəticəsinə uyğun olaraq 12 şirkətdən 10-nun müraciətinə müsbət qərar verildi.
Göydəniz Qəhrəmanov


