ABŞ prezidenti Donald Trampa qarşı 16 ştat birdən məhkəməyə iddia ərizəsi ilə müraciət edib.
Baku.News xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məhkəmə sənədləri əsasında məlumat yayıb.
Qəzetin informasiyasına əsasən, iddia ərizəsinə səbəb Donald Trampın Meksika ilə sərhəddə divar tikilməsi üçün 8 milyard dollara görə ölkədə fövqəladə vəziyyət elan etməsi olub.
“Nyu-York və Kaliforniya kimi böyük əyalətlər də daxil olmaqla 16 ştat Trampa məhkəmədə meydan oxumağa qərar verib”,-deyə “The New York Times” qəzetinin məqaləsində yazılıb.
Ştatların hüquqşünasları prezidentin milyardlarla dollarlıq pulu hansısa divardan ötrü ayırmağa ixtiyarının olmadığını bildiriblər.
Bu arada Donald Trampın komandasında yarpaq tökümü davam edir.
CNN telekanalı ədliyyə nazirinin müavini Rod Rozenştaynın da vəzifəsindən gedəcəyini xəbər edib.
Rod Rozenştayn prezidentin Rusiya ilə qaranlıq əlaqələrini araşdıran xüsusi prokuror Robert Mülleri təyin edən adamdır.
Hələ keçən il ABŞ Nümayəndələr palatasının Respublikaçılar partiyasından olan 11 deputatı onun haqqında impiçment təşəbbüsünü irəli sürmüşdü.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


