ABŞ Prezidenti Donald Tramp koronavirus infeksiyasından müalicə olunduğu Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzi tərk edib.
BAKU.NEWS “TASS”a istinadən bildirir ki, müvafiq kadrları ABŞ telekanalları yayımlayıb.
Amerikalı lider binadan tibbi maskada və mühafizənin müşaiyəti ilə çıxıb. O, jurnalistlərin suallarına cavab verməyib.
Ağ Evin rəhbəri vertolyotda öz igamətgahına yollanıb.
Qeyd edək ki, bir müddət əvvəl Tramp özünə və həyat yoldaşı Melanyaya koronavirus diaqnozu qoyulduğunu açıqlamışdı.



