ABŞ-ın Redlands şəhərində (Kaliforniya ştatı) birmühərrikli təyyarə dağa çırpılıb.
BAKU.NEWS-un “TASS”a istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
İnsidentin təfərrüatları və qəzanın səbəbi barədə məlumat verilmir.
Qeyd edilir ki, qəza barədə ABŞ Mülki Aviasiya Federal İdarəsinə və Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şuraya məlumat verilib.


