TəhsilPlus kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişlənir. 1 iyul-30 sentyabr 2026-cı il tarixləri ərzində Gəncə şəhərində ictimai nəqliyyat üzrə bütün TəhsilPlus kartları ilə həyata keçirilən ödənişlər zamanı məbləğin 10%-i kart hesabına geri qaytarılacaq.
Geri qaytarılan məbləğ hər bir əməliyyatdan dərhal sonra, real vaxt rejimində istifadəçinin TəhsilPlus kart hesabına köçürüləcək. Təklif çərçivəsində geri qaytarılan məbləğ və əməliyyat sayı üzrə hər hansı limit nəzərdə tutulmur.
TəhsilPlus kartı istifadəçiləri nəqliyyat sahəsində daha bir üstünlükdən də daim yararlana bilirlər. Belə ki, BakıKart QR bilet vasitəsilə həyata keçirilən ödənişlər zamanı 10% bonus hesablanır.
Nəqliyyat üstünlükləri ilə yanaşı, TəhsilPlus kartı istifadəçiləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər kateqoriyalar üzrə xüsusi endirim və bonuslardan da yararlana bilirlər.
“TəhsilPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində kartların bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur. Eyni zamanda təhsil işçiləri üçün müxtəlif sahələrdə yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


