Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
• Ali tibbi təhsil,
• İxtisası üzrə ən azı 3 il iş təcrübəsi;
• Dil bilikləri (azərbaycan dili – sərbəst, rus dili – yaxşı və ingilis dili – yaxşı);
• Kompyuter bilikləri – Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;
• Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər – profil üzrə geniş nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi;
• Tələb olunan sertifikatlar – IELTS, TOEFL və s. dil biliyi sertifikatları (arzuolunandır). Layihələrin idarə olunması və ya idarəetmə üzrə təhsil, kurslarda iştirak sertifikatı (arzuolunandır). Elmi dərəcə (elmi ad) diplomu (arzuolunandır).
Vəzifə öhdəlikləri:
• Strategiya və layihələrin icrasına nəzarət işlərində mütəxəssislərin fəaliyyətinə metodoloji rəhbərlik,
• TƏBİB daxilində və TƏB-də aktiv olan layihələrin reyestrinin hazırlanması, yeni layihələrin daxil edilməsi;
• Layihələrin tərtibatının tamamlanması və icrasının gedişatı ilə əlaqədar işçi qrupları ilə əməkdaşlıq etmək, iclaslarda iştirak, düzəlişlərin vacibliyi barədə şöbə müdirinə məlumat verilməsi;
• Layihələrin icrası əsnasında yaranmış problemlərin həlli yolları barədə məsləhətlərin yazılı şəkildə şöbə müdirinə verilməsi;
• Şöbələr arasında əməkdaşlığın və səmərəliliyin artması üçün təkliflərin verilməsi, layihə planlaması və monitorinq istiqamətində təlimlərin təşkili və keçirilməsində iştirak;
• Müdirin tapşırığı ilə şöbənin və strukturun strateji inkişafı ilə əlaqəli təqdimatların, hesabatların, məlumatların hazırlanması.
Əlavə məlumatlar:
• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 28.07.2022-ci il;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun (https://bit.ly/3NEBXCG
CV-lərini mövzu yerinə “Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


