Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bir neçə saat davam edən danışıqlardan sonra bütün girovlar sərbəst buraxılıb. Silahlı şəxs isə saxlanılıb.
Saat 18:58
Tbilisidə “EmBiEs” mikromaliyyə təşkilatının binasına silahlı basqın olub.
BAKU.NEWS gürcü mediasına istinadən xəbər verir ki, 9 nəfər girov götürülüb.
“Bizdə olan məlumata görə, binada 9 girov və bir silahlı şəxs var”, – deyə Tbilisi Patrul Polis Xidmətinin rəisi Vaja Siradze deyib.
“RİA Novosti” yazır ki, şahidlərin sözlərinə görə, binaya 5 silahlı şəxs basqın edib və əl qumbarası ilə silahlanıblar. Digər məlumata əsasən, girovlardan 2-si artıq sərbəst buraxılıb.
Polis hadisə yerində xüsusi əməliyyat keçirir.



