Azərbaycanlı jurnalist Əfqan Sadıqov Tbilisidə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.NEWS Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.
Məlum olub ki, Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi bağlanılıb.
O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.
Bir qədər əvvəl Tbilisi məhkəməsi Ə.Sadıqov barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, “Azel Tv”-nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv edilmişdi.


