Azərbaycanda tanınmış üç marketə cərimə protokolu yazılıb.
BAKU.NEWS bildirir ki, “Report”un xəbərinə görə, “Bazarstore” MMC, “Araz supermarket” MMC və “Bizim market” MMC barələrində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclaslarının vaxtı hələlik məlum deyil.


