Tanınmış jurnalist, İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu xərçəng xəstəliyinə tutulub.
Bu barədə sosial şəbəkədə A.Yusifoğlunun özü bildirib.
“Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə ünvanlayır. Amma xərçəng başqa şeydir. O, qapını döymədən gəlir. İcazə istəmir. Sənin planlarını, arzularını, sabaha saxladığın işləri, sevdiklərinlə qurduğun xəyalları bir anda sual altına salır…
…Doğmalarımdan, dostlarımdan, sevdiyim həyatdan ayrılmaq fikrim yoxdur. Xərçəng qarşıma çıxan sınaqdır, taleyim isə ondan və bütün xəstəliklərdən böyükdür”, – deyə jurnalist bildirib.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


