“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-də yeni təyinat olub.
BAKU.NEWS xəbər verir ki, Rahid Ələkbərli səhmdar cəmiyyətinin informasiya texnologiyaları departamentinin direktoru vəzifəsinə gətirilib.
R.Ələkbərli bu təyinata qədər “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edib.


