Mərkəzi Bankın sədri Taleh Kazımovun beşinci Yüksəliş müsabiqəsinin qalibləri Fatimə Eyyub və Şəhriyar Həsənverdiyev ilə növbəti görüşü təşkil olunub.
Görüş zamanı qaliblərin fərdi inkişaf proqramı çərçivəsində peşəkar inkişafının dəstəklənməsi, strateji düşüncə və liderlik səriştələrinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyət və təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Sədr tərəfindən müasir idarəetmə yanaşmaları və dəyişikliklərin idarə olunması ilə bağlı tövsiyələr səsləndirilib.
Görüşdə həmçinin Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən zəruri dəstəyin göstəriləcəyi bir daha vurğulanıb.





