Bu ilin aprel ayının 1-dən bu günədək keçirilməsi planlaşdırılan 34 valyuta hərracından 23-nün baş tutmaması həmin hərraclarda valyutaya tələbin olmadığı üçündür.
Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul olunmuş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib
“Biz hərracda 70 milyon dollar satışa çıxarmışıq, lakin onu almaq istəyən olmayıb. Belə vəziyyət 2016–2017-ci illərdən bəri ilk dəfə müşahidə olunur. Hətta təkcə may ayında ümumiyyətlə heç bir valyuta hərracı keçirilməyib. Bu vəziyyətin əsas səbəblərindən biri 2022-ci ildən fəaliyyət göstərən banklararası valyuta ticarəti platformasıdır”, – deyə Taleh Kazımov açıqlayıb.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


