Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı World Bank) və Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund) İllik Toplantılarında iştirak çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə olunub və ötən ay imzalanmış Anlaşma Memorandumunun qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi ilə bağlı əminlik vurğulanıb.
Sədrlər hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi, maliyyə texnologiyaları, innovasiyalar və ödəniş sistemləri sahəsində təcrübə və məlumat mübadilələrinin keçirilməsi, həmçinin birgə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcək fəaliyyətlərin əhəmiyyətindən danışıb.


