Azərbaycanda taksi fəaliyyətinə rəqəmsal nəzarət mexanizmi gücləndirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və taksi sifarişi operatorlarının birgə iştirakı ilə “Digital Finance” layihəsinin icrasına başlanılıb. İRİA-nın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ölkənin iki böyük taksi operatorunda (“Bolt” və “Uber/Yango”) yeni rəqəmsal həll tətbiq edilib.
Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılmasının avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi, eləcə də sərnişinlərin təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Layihənin əsas məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının real vaxt rejimində avtomatik yoxlanılmasını təmin etməkdir. Bu sistemin işləməsi üçün sürücülərdən “Xüsusi hazırlıq şəhadətnaməsi” məlumatlarının paylaşılmasına dair öz “myGov” kabinetləri üzərindən razılıq vermələri tələb olunacaq.
Qeyd edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı sənədlərin yoxlanılması prosesi taksi operatorları tərəfindən mexaniki (əl ilə) icra edilirdi. Bu isə buraxılış kartı olmayan və lazımi təlimlərdən keçməyən şəxslərin asanlıqla qeydiyyatdan keçərək sürücü profili yaratmasına imkan verirdi.
Yeni inteqrasiya sayəsində isə sənədlərin mövcudluğu sistem tərəfindən dərhal yoxlanılacaq. Müvafiq sənəd və icazələri olmayan şəxslər sistemə daxil ola və sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


