İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan “Bank BTB” ASC-nin bazasında yaradılmış “T-Kredit” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
Yeni BOKT Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 1 milyon manat, qanuni təmsilçisi isə “Bank BTB”nin Maliyyə departamentinin direktoru Vüqar Səxavət oğlu Rəfiyevdir.
Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 3-cü təcrübədir. Bundan əvvəl “Para Bank” ASC “Para” MMC BOKT-a, “Naxçıvan Bank” ASC isə “E-Kredit” MMC BOKT-a çevriliblər. İkincinin lisenziyası bu ilin may ayında ləğv olunub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu il martın 5-də qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB”nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


