Şuşa şəhərində Sadıqcan küçəsindəki giriş 8 ünvanında yerləşən, “Zərgər Məmmədin evi” kimi tanınan ev-muzeyi yaşayış evinin əsaslı təmirinə və bərpasına start verilir.
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ işin icrası üçün “AQROMAN” MMC ilə müqavilə imzalayıb.
Şirkətə 1 milyon 379 min 144,67 manat məbləğində ödəniş ediləcək.
Qeyd edək ki, “AQROMAN” MMC-nin nizamnamə kapitalı 10 manat, şirkətin qanuni təmsilçisi isə Müzadil Rəfiyev İlqar oğludur.


