Supertoys mağazalarında “Yalnız bir gün” möhtəşəm yeni il kampaniyası baş tutacaq. Belə ki, 15 dekabr tarixində bütün Yeni il məhsulları maya dəyərinə satılacaq.
13 filialın hər birində keçiriləcək müddəti az, lakin təklifləri böyük olan “Yalnız bir gün” kampaniyasında növbənöv yolkalar, sadə və hərəkətli şaxta baba çeşidləri, yolka oyuncaqları və aksesuarları, yeni il süfrələri, müasir dövrün trendi olan şelkunçiklər, kreativ yeni il şamları, uşaqlar üçün keyfiyyətli şaxta baba geyimləri, dekorativ işıqlar, hədiyyə qutuları, müxtəlif ölçüdə və dizaynda suvenirləri əldə edə bilərsiniz. Yeni il məhsullarının qiyməti 2 manatdan 700 manata kimi dəyişir. Ən hündür yolka çeşidi olan 3 metrlik yolkanı 99 manatdan əldə edə bilərsiniz. Üstəlik, heç yerdə olmayan eksklüziv məhsullara SuperToys mağazalarında rast gəlmək mümkündür.
Məhsulların qiyməti ilə aşağıda tanış ola bilərsiniz:
Yolkaların qiyməti – 32 manatdan
Suvenirlərin qiyməti – 3 manatdan
Yolka aksesuarları – 1 manatdan
Süfrələr – 5 manatdan
Şelkunçiklər – 7 manatdan
Şaxta babalar – 9.50 manatdan
Dekor işıqlar – 1 manatdan
Hədiyyə qutuları – 40 manatdan başlayır.
Maya dəyərinə təklif olunan məhsulları istəkdən asılı olaraq nağd və ya kreditlə əldə edə bilərsiniz . 15 dekabr saat 09:00-dan 00:00-dək istənilən SuperToys filialına yaxınlaşaraq təkliflərdən yararlanmaq mümkündür. Kampaniya məhsullarının qiymətləri şirkətin instagram səhifəsində qeyd olunmuşdur. ( https://www.instagram.com/supertoysaz/ )
Veb səhifəyə keçid linki: ( https://supertoys.az/ )
Kampaniya ilə bağlı və ya əlavə sualınız olarsa, *4044 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.













