Ermənistanda Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətinin bölgələri barədə məlumat yaymaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən (MTX) xüsusi icazə almaq tələb olunur.
BAKU.NEWS News.am-a istinadən xəbər verir ki, bu barədə MTX məlumat yayıb.
Qeyd olunur ki, mətbuat nümayəndələri sərhədyanı bölgələr barədə xəbər yazmadan əvvəl Milli Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməlidirlər.
“Medianın vəkili” təşkilatı bu qərarı söz azadlığına qarşı ən primitiv addım hesab edir. Təşkilat hesab edir, bu, vətəndaşların informasiya almaq hüququnu məhdudlaşdırır.


