Ombudsaman Səbinə Əliyevanın elan etdiyi “Sülh Aylığı” sülhün mahiyyəti və dəyəri barədə cəmiyyətdə daha geniş düşüncə və müzakirə mühiti yaratmaq məqsədi də daşıyır.
Bu baxımdan, jurnalist və media həmkarlarıma çağırış edirəm: gəlin sülh haqqında daha çox yazaq, araşdıraq, təhlil edək, fikir ortaya qoyaq. Sülhün cəmiyyətin inkişafında, insan hüquqlarının qorunmasında, qarşılıqlı hörmət və etimadın formalaşmasında rolu barədə yeni və fərqli baxışlara ehtiyac var.
Gündəlik hadisələrin axınından bir qədər kənara çıxıb cəmiyyət üçün əhəmiyyətli mövzulara fokuslanaq. Çünki düşünən və savadlı cəmiyyət oxumaqla, yazmaqla, müzakirə etməklə və fikir ortaya qoymaqla formalaşır.
Gəlin “Sülh Aylığı”nı yaxşı yazılar, araşdırmalar və ideyalar üçün fürsətə çevirək.
Araz Əsgərli
Ombudsman Aparatının Mətbuat Katibi



