Cari ilin may, iyun və iyul ayları ərzində Azərbaycanda 102 sel hadisəsi baş verib.
BAKU.NEWS bildirir ki, bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, son illər dünyada anomal təbiət hadisələrinin sayında artım müşahidə olunur:
“Azərbaycanda belə anomal təbiət hadisələrinin sayı artıb. Şübhəsiz bu da dünyada baş verən iqlim dəyişikliyi ilə bağlıdır. Belə ki, son illər havanın temperaturunun normadan artıq olması, eyni zamanda yağıntıların miqdarında, sel və daşqınların sayında artım özünü daha çox biruzə verir”.


