Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində ilk dəfə “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla tamamlayıb.
Bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, “Azneft”in istismar etdiyi yataqda 247,6 km² ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların daha ətraflı öyrənilməsinə, yatağın geoloji modelinin təkmilləşdirilməsinə və gələcək qazma hədəflərinin dəqiqləşdirilməsinə imkan verəcək.
Bu layihə SOCAR-ın Xəzər dənizində qabaqcıl geofiziki texnologiyaların tətbiqini genişləndirməsi və uzun müddətdir istismarda olan yataqların gələcək potensialını müasir texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirməsi baxımından mühüm addımdır.
TREND
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir
- Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı
- AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb
- Bəxtiyar Aslanbəyli: AzMİU-da üçüncü layihəmizi həyata keçiririk
- Hafiz Paşayev “CAMCA Forum 2026” mükafatı ilə təltif edilib
- İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
- “Alians Development” şirkətindən ŞİKAYƏT VAR


