Bu gündən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) innovativ ideyaların və qabaqcıl texnologiyaların enerji sektoruna inteqrasiyasını hədəfləyən “WIN” (What is Next) Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb.
Redaksiya bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, layihənin əsas məqsədi neft-qaz əməliyyatlarını təkmilləşdirən və enerji keçidinə töhfə verən texnoloji həlləri SOCAR mütəxəssisləri ilə birgə sınaqdan keçirmək, onların tətbiq imkanlarını qiymətləndirməkdir. Proqram enerji keçidi və aşağı karbonlu texnologiyalar, süni intellekt, məlumat analitikası və rəqəmsallaşma, dayanıqlı iqtisadiyyat, əməliyyat mükəmməlliyi, eləcə də əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması (HSE) istiqamətlərini əhatə edir.
Müraciətlər sentyabrın 12-nə qədər dünyanın istənilən nöqtəsindən olan startaplar, texnologiya şirkətləri və innovatorlar üçün açıqdır. Seçim mərhələsini uğurla keçən iştirakçılara SOCAR mütəxəssisləri ilə birbaşa əməkdaşlıq şəraitində layihələrini real əməliyyat mühitində sınaqdan keçirmək üçün 20 000 ABŞ dollarına qədər sınaq büdcəsi təqdim ediləcək.
Proqramda iştirak etmək istəyən namizədlər rəsmi müraciət şərtləri və digər detallarla tanış olmaq üçün win.socar.az internet səhifəsinə daxil ola bilərlər.
TREND
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
- Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
- Hikmət Hacıyev həmin tarixdən yazdı
- Ankara “ticarət yoxdur” deyir, gəmilər İsrailə üzür – Faktlar nə göstərir?
- Hakan Fidanın Bakıda gizli görüşü – NƏ BAŞ VERİR?
- Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
- Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb
- Kardiologiya İnstitutunda pasiyentlərə diqqət və qayğı gücləndirilir


