Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavoduna məxsus 12,575 ton A-95 markalı benzin oğurlanıb.
Bu cinayət əməlinə görə üç nəfər məsuliyyətə cəlb olunub.
Əvvəllər də məhkum olunmuş şəxslərin törətdiyi cinayət nəticəsində zavoda ümumilikdə 24.458,62 manat xiyan dəyib.
Məlum olub ki, cinayətkarlar 95 markalı benzin yanacağının nəqli üçün nəzərdə tutulmuş neft kəmərinin kompleks hissəsi olan 200 mm-lik diametrli boruya müdaxilə ediblər. Borunu deşərək 20 metr uzunluğunda plastik boru çəkən şəxslər, kran bağlayaraq hissə-hissə benzini oğurlayıblar.
Ötən ilin fevralında törədilən bu işə görə saxlanılan cinayətkar qruplaşma üzvlərinin bir neçə gün öncə məhkəmə prosesi başa çatıb. Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilənlərdən biri 3 il 5 ay, digər ikisi isə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. (Xitab24)
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


