Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərə yola düşüb.
Bu barədə Slovakiya Prezidenti “X” hesabında bildirib.
Slovakiya Prezidenti qeyd edib ki, ölkəsi ilə Azərbaycan arasında möhkəm münasibətlər formalaşıb: “Bu səfər həmin etimadı enerji, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir. Tərəfdaşlığımızı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq məqsədilə Prezident İlham Əliyev və digər Azərbaycan rəsmiləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”.
Slovakiya Prezident Sarayının yaydığı məlumata əsasən, Peter Pelleqrininin Ağdama səfər edəcəyi, Baş Qərvənd kəndindəki “Ağıllı kənd” layihəsi ilə tanış olacağı və general Milan Rastislav Ştefanikin adını daşıyacaq yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcəyi bildirilir.
Həmçinin, Slovakiya Prezidentinin Bakıya səfər proqramı çərçivəsində slovakiyalı sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan Biznes Forumu keçiriləcək. (APA)
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


